Mixeil Saakaşvili Ukrayna Prezidentinə məktub yazıb

5-10-2021, 12:24           
Mixeil Saakaşvili Ukrayna Prezidentinə məktub yazıb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub yazıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, dövlət başçısına həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirib.

M.Saakaşvili qeyd edib ki, Gürcüstanda həbsi qanunsuzdur və ona qarşı ittihamlar saxtalaşdırılıb: “Gürcüstanımı öz həyatımdan daha çox sevirəm. Mən ikinci vətənim Ukraynanı da çox sevirəm. Bütün həyatım boyu həyata keçirdiyiniz tarixi dəyişikliklər və islahatlara kiçik töhfə vermək imkanına malik olduğuma görə fəxr edəcəyəm”.

Eks-prezident Rusiyanın dövlət başçısı Vladimir Putinin dustağı olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru