"Bura Britaniya deyil, mən də Boris Conson" - Lukaşenko
6-10-2021, 07:29

Belarus Prezidenti Aleksandr Lukaşenko özünü Böyük Britaniyanın Baş naziri Boris Consonla müqayisə edib və hökuməti şəkər tədarükündə problemlər yarandığından xəbərdar edib.
Cebhe.info xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
"Hökumət şəkər və digər zəruri məhsulların tədarükündə fasilələrə yol verməməlidir, çünki Belarusdakı anbarlarda onların ehtiyatları ilə bağlı heç bir problem yoxdur", - deyə Lukaşenko kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı keçirilən iclasda bu barədə xəbərdarlıq edib.
Dövlət başçısının sözlərinə görə, logistika səhvləri səbəbindən tədarüklərin gecikməsi onu çox təəccübləndirib.
"Bura yanacaq daşımağa sürücü çatışmayan Böyük Britaniya deyil, mən də o ölkənin Baş naziri Boris Conson deyiləm. Mən yaxşı bilirəm ki, problemlər nədən böyüyür", -deyə Lukaşenko ölkədəki vəziyyəti Böyük Britaniyadakı yanacaq böhranı ilə müqayisə edib.
Qeyd edək ki, Lukaşenko şəkər tədarükündəki problemlər aradan qaldırılmasa, kənd təsərrüfatı işlərində məsul olan hökumət üzvlərinə qarşı tədbir görmək məcburiyyətində qalacağını da əlavə edib.