Kaliforniyada təzyiqlər görən Mask Texasa köçdü

8-10-2021, 12:52           
Kaliforniyada təzyiqlər görən Mask Texasa köçdü
"Tesla"nın icraçı direktoru İlon Mask şirkətin mənzil-qərargahının Kaliforniyadan Texasa köçürdüyünü bəyan edib. Azvision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Mask bu xəbəri elektromobil istehsalçılarının səhmdarlarının Austində keçirilən illik yığıncağında açıqlayıb.

Onun sözlərinə görə, Kaliforniyada- Fremontdakı zavod "sıxıntı yaşayıb". İş adamı onu da bildirib ki, Kaliforniya şirkət işçilərinin əlverişli mənzil tapması üçün əlverişsiz yer sayılır.
Qərargahın yerinin dəyişməsinə baxmayaraq Mask şirkətin Kaliforniya və Nevada fabriklərində istehsalı 50 faiz artırmağı planlaşdırdığını söyləyib.

Xatırladaq ki, son illərdə İlon Mask Kaliforniya ilə bağlı xoşagəlməz hallar yaşayırdı. Məşhur iş adamı may ayında "Tesla"nın Fremont fabrikinin bağlanması ilə bağlı gələn göstərişə görə yerli siyasətçilərlə mübahisələrlə gündəmə gəlirdi.

Qeyd edək ki, "Tesla" Texasa köçən ilk böyük şirkət deyil. 2020 -ci ildə "Oracle Tech Center" də Silikon Vadisindən Austinə köçəcəyini elan etmişdi. Məşhur texnologiya şirkəti HP və avtomobil istehsalçısı Toyota da ABŞ -dakı qərargahını Kaliforniyadan Texasa köçürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru