“Hakimiyyət rəqibə, yəni Türkiyə və Azərbaycana dəhliz vermək məsələsində ziddiyətli bəyanatlar verir”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Nikol Paşinyan dəhliz məntiqində Azərbaycana heç bir şey verilməyəcəyini deyir, Paşinyanın təyin etdiyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Türkiyə və Azərbaycana dəhlizlər veriləcəyini söyləyir.
“Yəni, dəhliz yox, dəhlizlər? Dəhliz, yoxsa yol? Blokadadan çıxarma, yoxsa Azərbaycan və Türkiyə arasında körpü? Sülh dövrü, yoxsa yeni müharibə üçün hazırlıqlar?”, - deyə nəşr sual edib.