Gürcüstan şəhərlərində “Mişaya azadlıq” plakatları - FOTO

8-10-2021, 14:45           
Gürcüstan şəhərlərində “Mişaya azadlıq” plakatları - FOTO
Gürcüstanın eks-prezidenti Mixail Sakaşavilinin azadlığı tələb olunur.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərində “Mişaya azadlıq” tələbi yer alan plakatlar peyda olub.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili oktyabrın 1-də gizli yolla qayıtdığı Tblisidə saxlanıldı. Gürcüstanın Baş Prokurorluğu 2014-cü ildə eks-prezident Mixail Saakaşviliyə bir neçə maddə ilə cinayət işi açıb. Onu 8,8 milyon lari dövlət vəsaitini şəxsi ehtiyaclarına xərcləməkdə, 2007-ci il 7 noyabr aksiyaları zamanı vəzifə səlahiyyətlərini aşmaqda, parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsini və 2006-cı ildə Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin qətlini sifariş etməkdə təqsirləndirirlər.

Mixail Sakaaşvili 2013-cü ilin noyabrından sonra ilk dəfə ölkəsinə geri qayıdıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru