Saakaşviliyə dəstək aksiyasında 4 nəfər saxlanıldı

8-10-2021, 17:49           
Saakaşviliyə dəstək aksiyasında 4 nəfər saxlanıldı
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında etiraz aksiyası keçirilib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma yaşanıb.

İlkin məlumata görə, insident zamanı 4 nəfər saxlanılıb.

Bildirilir ki, aksiya iştirakçıları Saakaşvilinin saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasının divarlarına “Mişaya azadlıq” yazmaq istədikdə polislə qarşıdurma başlayıb. Polis əməkdaşları aksiya iştirakçılarına maneə olsa da, divara bir yazı yazmaq mümkün olub.

Qeyd olunur ki, saxlanılanlardan biri “Vahid Milli Hərəkat” partiyasının üzvü Zviad Kupravadır.

Bununla yanaşı, aksiya iştirakçılarından biri huşunu itirib.

Qeyd edək ki, gecədən bu yana Tbilisi və Kutaisi şəhərlərində yerlərdə və divarlarda “Mişaya azadlıq” yazıları peyda olub. Şəhər rəhbərlikləri sözügedən yazıları silir və üzərini rəngləyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.