“Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır” - Paşinyan

8-10-2021, 19:25           
“Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır” - Paşinyan
“Ölkə vətəndaşları İstintaq Komitəsindən 2020-ci ilin payızında Qarabağdakı hərbi əməliyyatlar ilə bağlı hərtərəfli cavab almalıdırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İstintaq Komitəsinin əməkdaşları ilə görüşdə deyib.

“Cəmiyyətimiz 44 günlük müharibə ilə bağlı bütün suallara və şərtlərə hərtərəfli cavab almalı, baş verən bütün mənzərəni aydınlaşdırmalıdır. Əlbəttə, düşünürəm ki, biz bu cavabları yalnız İstintaq Komitəsindən gözləməməliyik. Çünki məsələ daha geniş kontekstə sahibdir”, - deyə Paşinyan qeyd edib.

N.Paşinyan müharibənin nəticələri ilə əlaqədar cinayət işlərinin effektiv araşdırılmasına böyük əhəmiyyət verdiyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru