Gürcüstanda növbəti aksiya..

9-10-2021, 00:03           
Gürcüstanda növbəti aksiya..
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azad olunması tələbi ilə oktyabrın 10-da yerli vaxtla saat 17:00-da Tbilisidə Rustaveli prospektində aksiya keçiriləcək.

Gununsesi. info gürcü mediasına istinadən xəbər verir ki, bu barədə “Qanun və ədalət” müxalifət partiyasının rəhbəri, millət vəkili Tako Çarkviani bildirib.

Aksiya Çarkviani tərəfindən yaradılmış “Xalq hərəkatı” tərəfindən keçiriləcək. Artıq Saakaşvilnini azad olunması ilə bağlı imzatoplama kampaniyası başladılıb.

Çarkvianinin sözlərinə görə, etiraz aksiyası hökumətə xəbərdarlıq xarakteri daşıyacaq. Daha sonra etirazçılar növbədənkənar seçkilərin keçirilməsini tələb edəcəklər.

O bildirib ki, növbəti aksiya 14 oktyabra planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru