ABŞ və Çin ticari əlaqələrə dair məsləhətləşmələri davam etdirəcəklər

9-10-2021, 08:17           
ABŞ və Çin ticari əlaqələrə dair məsləhətləşmələri davam etdirəcəklər
ABŞ Ticarət Nümayəndəsi Ketrin Tay və Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Lü Xe videokonfrans formatında keçirilən danışıqlar zamanı ikitərəfli ticari əlaqələri ilə bağlı məsələlər üzrə əlavə məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər.

Trend-in "TASS" istinadən verdiyi məlumata görə, bu barədə Tay administrasiyasının mətbuat xidmətinin görüşdən sonra yaydığı açıqlamada deyilir.

Səənəddə deyilir: "Açıq fikir mübadiləsi aparan Tay və Baş nazirin müavini Liu [He], ikitərəfli ticari əlaqələrinin əhəmiyyətini və bunların yalnız ABŞ və Çinə deyil, həm də qlobal iqtisadiyyata təsirini təsdiqləyiblər. İki ölkə nümayəndələri iqtisadi və ticari razılaşmasının həyata keçirilməsi və hər iki tərəfin bəzi həll edilməmiş məsələlər üzrə məsləhətləşmələr keçirəcəyi barədə razılaşma əldə ediblər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru