Fransa və Almaniyanın XİN rəhbərləri Polşaya öhdəliklərini xatırlatdılar

9-10-2021, 08:38           
Fransa və Almaniyanın XİN rəhbərləri Polşaya öhdəliklərini xatırlatdılar
Fransanın və Almaniyanın xarici işlər nazirləri Jan-İv Le Drian və Hayko Maas Polşa Konstitusiya Məhkəməsinin milli qanunları Avropa qanunlarından üstün tanıma qərarı fonunda ölkənin Aİ qarşısında öhdəliklərini xatırladıblar.

Trend-in məlumatına görə, bu barədə iki ölkə XİN-lərinin mətbuat xidmətləri xəbər yayıblar.

"Polşa Konstitusiya Məhkəməsinin 7 oktyabr tarixli qərarını oxuduqdan sonra xatırladırıq ki, Avropa İttifaqına üzvlük ümumi dəyərlərə və qaydalara tam və qeyd-şərtsiz bağlılıq ilə müşayiət olunur. Buna riayət etmək məsuliyyəti hər bir üzv dövlətin, həmçinin, əhəmiyyətli yerə sahib olan Polşanın üzərinə düşür. Bu sadəcə mənəvi borc deyil, həmdə hüquqi bir öhdəlikdir ",- birgə bəyanatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru