Bəşər Əsəd 37 ildən sonra əmisinin ölkəyə qayıtmasına icazə verdi

9-10-2021, 11:33           
Bəşər Əsəd 37 ildən sonra əmisinin ölkəyə qayıtmasına icazə verdi
Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsəd 37 il yaşadığı sürgündən sonra yenidən Dəməşqə qayıdıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hökumətə yaxın "Əl-Vətən" qəzeti məlumat yayıb. Bildirilib ki, Suriya lideri Bəşər Əsəd əmisi Rifat Əsədin Parisdən Dəməşqə gəlməsinə, siyasi fəaliyyətlə məşğul olmamaq şərtilə yaşamasına icazə verib.
Qeyd edək ki, 84 yaşlı Rifat Əsəd çirkli pulların yuyulması, daşınmaz əmlakdakı maliyyə pozuntuları və Suriyanın dövlət vəsaitlərindən qanunsuz istifadəsi ittihamı ilə həbs cəzası almışdı. 2017 -ci ilin martında Fransa hakimiyyəti Parisin ən bahalı ərazisində yerləşən Rifat Əsədin iki malikanəsini ələ keçirdi. 2018 -ci ildə Fransa gömrük orqanları İspaniya hakimiyyəti ilə birlikdə Rifat Əsədin İspaniyadakı 600 milyon avrodan çox əmlakını da müsadirə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru