Gürcüstan Zalkaliani təkzib etdi: “3+3”də iştirak edəcəyik
9-10-2021, 12:05
Gürcüstan Xarici İşlər Nazirliyi xarici işlər naziri David Zalkalianinin Tiflisin hansısa formada “3+3” formatında iştirakı edəcəyi ilə bağlı bəyanatını təkzib edib.
Axar.az xəbər verir ki, nazirlik Zalkalianinin sözlərinin mətbuat tərəfindən doğru anlaşılmadığını bildirib:
“Təəssüf ki, sosial şəbəkələrdə xarici işlər nazirinin İctimai Televiziyaya müsahibəsi yanlış interpretasiya edilir. Xarici siyasət idarəsi dəfələrlə bəyan edib ki, Rusiya ilə “3+3” formatında iştirak nəzərdən keçirilmir. Buna baxmayaraq, bilərəkdən guya nazirin Gürcüstanın nəzərdə tutulan formatda iştirakı ilə bağlı informasiya yayılır”, – deyə o bildirib.