ABŞ ordusu niyə məğlubedilməz kimi görünür-5 əsas SƏBƏB

10-10-2021, 00:02           
ABŞ ordusu niyə məğlubedilməz kimi görünür-5 əsas SƏBƏB
“ABŞ Silahlı qüvvələri 5 əsas səbəbə görə məğlubedilməz sayılır”.

Qafqaz.media xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ mənşəli analitik “19FortyFive” saytının eksperti Brent İstvud belə bir iddia irəli sürüb.

Müəllifin fikrincə, Birləşmiş Ştatlar hazırda dünyanın ən öldürücü və effektiv hərbi arsenalına malikdir.

Öncə ABŞ-ın əlində “Guided Multiple Launch Rocket System” (GMLRS) yaylım atəşli reaktiv sistem ona döyüş meydanında mütləq üstünlük verir. Bu sistem 70 km-dən çox məsafədə hədəflərin 98%-ni yox etmək qabiliyyətinə malikdir.

İkinci səbəb olaraq təpədən-dırnağa qədər silahlanan, 30 mm-lik avtomatik “M230” avtomatik topa, 70 mm-lik “Hydra” idarə olunan raketlərinə və “AGM-114 Hellfire” raketlərinə malik “AH-64 Apache” helikopterlərini göstərmək olar.

Üçüncü sırada “M1A2 Abrams” tankları gəlir. Bu tankın mərmiləri dünyanın ən möhkəm zirehini dəlməkdə çətinlik çəkmir.

Dördüncü yeri “hava-yer” sinfində olan “Joint Air-to-Ground Missile” (JAGM) raketi tutur. Bu sistem əsgərlərə hətta ən pis hava şəraitində belə yeri asanlıqla görməsinə imkan verir.

Beşinci olaraq isə 155 millimetrlik M982 Excalibur reaktiv yaylım atəş sisteminin adı çəkilir. Bu silah Global Positioning System (GPS) naviqasiya sistemini köməyi ilə cəmi bir atəşə istənilən hədəfi vura bilir.

“Adı çəkilən silah növlərinin hamısı ən təhlükəlilərdən hesab olunur və üstəlik onlar ildən-ilə modernləşdirilir”,-deyə yazıda qeyd edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru