Obama prezident postunda kimi görmək istədiyini açıqladı
13-03-2016, 12:02
ABŞ prezidenti Barak Obama ümid edir ki, ölkənin yeni rəhbəri nəinki onun işini davam etdirəcək, həm də Senatın dəstəyini qazana biləcək.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama bu bəyanatı Dallas ştatındakı çıxışında səsləndirib: «Son 7 il yarımlıq dövrdə qazandığımız uğurları davam etdirmək üçün bizə təkcə demokratik prezident yox, həm də bu prosesə dəstək verən Senat lazımdır. Bizim çox yaxşı namizədlərimiz var və siz onların ölkə ilə bağlı möhtəşəm planlarını eşitmisiz. Biz bu məsələdə çox qətiyyətli və işgüzar olmalıyıq ki, Ağ Evdə demokrat görə bilək».
Qeyd edək ki, hazırda demokratların ən reytinqli namizədi Hillari Klintondur.