II Elizabetin nəvəsinə qarşı kini pik həddə: Mükafatdan məhrum etdi - FOTO

20-01-2022, 10:16           
II Elizabetin nəvəsinə qarşı kini pik həddə: Mükafatdan məhrum etdi - FOTO
Şahzadələr Harri və Endryu Kraliça II Elizabetin hakimiyyətinin “platin” ildönümü münasibəti ilə təqdim ediləcək medalı ala bilməyəcəklər.

Kraliçanın 70 illik yubiley münasibəti ilə təqdim ediləcək mükafat - xidmətdə olan hərbi qulluqçulara, həmçinin polis və həbsxana məsullarına, yanğınsöndürənlərə və fövqəladə hallar işçilərinə (ümumilikdə təqribən 400 min nəfərə) təqdim olunacaq.

Bundan əlavə, medal “Georgi xaçı”, yaxud “Viktoriya Xaçı”nın canlı sahiblərinə veriləcək. Ancaq bu siyahıda nə kraliçanın oğlunun, nə də nəvəsinin adı var.

Qeyd edək ki, yanvarın 13-də II Elizabet Şahzadə Endryunu kral himayəsindən və hərbi titullarından məhrum edib. Səbəb onun 17 yaşında ikən amerikalı Virciniya Cuffreni zorlaması ilə bağlı ABŞ hökumətinin irəli sürdüyü ittihamlardır. İddiaları rədd edən şahzadə sıravi vətəndaş kimi məhkəmə qarşısında cavab verməlidir.



Şahzadə Harri isə həyat yoldaşı Meqan Marklla birlikdə 2020-ci ilin 1 aprel tarixindən etibarən Britaniya kral ailəsinin üzvləri olmaqdan çıxıb. ABŞ-a köçmək, işləmək və bizneslə məşğul olmaq hüququna malik olmaq üçün onlar “Əlahəzrət Kral” titulundan, hökumətin maliyyələşdirməsindən və “Sussex Royal” ticarət nişanından imtina etməli oldular.


Mənbə: The Telegraph












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.