Enerji böhranı ənənəvi İtalyan biznesini təhlükə altına qoyub - FOTO

2-02-2022, 10:30           
Enerji böhranı ənənəvi İtalyan biznesini təhlükə altına qoyub - FOTO
Avropada qazın qiymətinin artması ənənəvi İtalyan biznesini təhlükə altına qoyub. Enerji böhranı məşhur Venesiya şüşəsi istehsalçılarını zavodlarını bağlamağa məcbur edib.

Murano adasındakı ən böyük şüşə fabriklərindən biri olan “Effetre”dəki 18 sobadan yalnız ikisi 2021-ci ilin dekabr ayının sonuna kimi işləməyə davam etmişdi, hazırda isə şüşə istehsalı tamamilə dayanıb.

Bu şirkət, bir çoxları kimi, təbii qazın bahalaşması səbəbindən avadanlıqların enerji təchizatını artıq ödəyə bilmir.

Şüşə istehsalçıları istixana qazları emissiyalarına görə 1950-ci ildən əvvəl olduğu kimi odun sobalarının istifadəsinə də qayıda bilməzlər.

Həmçinin elektrik avadanlığının da yararsız olduğu ortaya çıxıb - bu, ustalara sabit bir temperatur saxlamağa və şüşə yaratmaq üçün incə prosesi tam nəzarət etməyə imkan vermir.






Mənbə: The Washington Post












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.