Səudiyyə Ərəbistanı gələcək texnologiyalara 6,4 milyard dollar sərmayə qoyacaq

2-02-2022, 10:50           
Səudiyyə Ərəbistanı gələcək texnologiyalara 6,4 milyard dollar sərmayə qoyacaq
Səudiyyə Ərəbistanı gələcək texnologiyalara 6,4 milyard ABŞ dolları sərmayə qoyacaq.

"Report" "Al Watan" informasiya portalına istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya texnologiyaları naziri Abdulla əl-Savaha Ər-Riyadda keçirilən LEAP beynəlxalq konfransının açılışında bildirib.

Neft nəhəngi "Aramco" dünya üzrə startaplara 1 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır, telekommunikasiya şirkəti "Saudi Telecom" isə bulud və rəqəmsal xidmətlər mərkəzi yaratmaq üçün analoji məbləğdə vəsait ayırır.

Bununla yanaşı, Qırmızı dənizdəki metropolis layihəsinə 1 milyard ABŞ dolları ayrılacaq.

Həmçinin, Dövlət İnvestisiya Fondu ilə Çinin elektron ticarət nəhəngi "Alibaba"nın törəmə şirkəti arasında 2 milyard dollarlıq texnoloji tərəfdaşlıq elan edilib.

Daha 1,4 milyard ABŞ dolları isə sahibkarlıq və fondları dəstəkləmək üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru