ABŞ-ın dövlət borcu 30,012 trilyon dollarla tarixi zirvəni aşıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qəzet bu göstəricinin ABŞ-ın bütün tarixi ərzində “məcmu dövlət borcu” qrafasında ən yüksək rəqəm olduğunu qeyd edib.
Qəzetə danışan maliyyə ekspertləri bu rəqəmin proqnozlardan daha erkən müddətdə gəldiyinə diqqət çəkiblər. Onların fikrincə, buna əsas səbəb pandemiya dövründə dövlət məsrəflərinin hədsiz artmasıdır.
Son iki il ərzində ABŞ pandemiya ilə əlaqədar işsizilk müavinətlərinə, kiçik biznesə və ödəmələrin stimullaşdırılmasına 5 trilyon dollar vəsait ayırıb.