Britaniya HHQ qırıcıları naməlum uçan aparatı izləyirlər - Şotlandiya səmasında
3-02-2022, 07:57
Britaniya HHQ «Typhoon» qırıcıları həyacan siqnalı ilə Lossimut aviabazasından naməlum uçan aparatı izləmək üçün Şotlandiyanın şimalında havaya qaldırılıb.
Bu barədə fevralın 1-də «Sky News» telekanalı krallıq HHQ nümayəndəsinə istinadla xəbər verib.
Telekanalın xəbər verdiyi kimi, Oksfordşir qraflığının Brayz-Norton aviabazasından həm də yanacaq daşıyan «Voyager» təyyarəsi havaya qaldırılıb. Qeyd olunur ki, Britaniya HHQ nümayəndələri başa çatana qədər əməliyyatın təfərrüatı barədə məlumat verməkdən imtina ediblər.
Britaniya HHQ təyyarələri müntəzəm olaraq, uçan aparatları müşayiət edirlər, o cümlədən Rusiyaya məxsus olanları, hansı ki, Birləşmiş Krallığın maraq zonasına yaxınlaşırlar. Bu barədə LBC radiostansiyası xatırladıb.