İSRAİL İRANA QARŞI MÜHARİBƏYƏ HAZIRLAŞIR... – Onlarla qırıcının qatıldığı gizli təlim

3-02-2022, 12:24           
İSRAİL İRANA QARŞI MÜHARİBƏYƏ HAZIRLAŞIR... –
İsrail ordusu onlarla təyyarə ilə İrana hücumu simulyasiya edən gizli təlim keçirib.

Teref.az xəbər verir ki, bu barədə İsrailin KAN telekanalı məlumat yayıb.

Yüksək vəzifəli amerikalı hərbçisinə müşahidəçi qismində hava qüvvələrinin təlimlərində iştirak etmək icazəsi verilib. Ordu İranda yerləşən hədəflərə hücumu simulyasiya edib.

Təxminən iki həftə əvvəl keçirilən gizli təlimə onlarla döyüş təyyarəsi qatılıb. Təlimdə havada yanacaq doldurma, uzaqmənzilli hədəfə hücum və yerüstü döyüş kimi müxtəlif ssenarilər məşq edilib.

Təlim İranın nüvə proqramı ilə bağlı Avstriyanın paytaxtı Vyanada davam edən danışıqların son mərhələləri fonunda həyata keçirilib.

İsrail Baş naziri Naftali Bennet fevralın 1-də ölkəsinin lazer hava hücumundan müdafiə sisteminin bir il ərzində işə düşəcəyini açıqlayıb.

Onun sözlərinə görə, qarşıya qoulan plan baş tutsa, İranın İsrail sərhədlərində qurduğu atəş halqası faktiki olaraq təsirsiz olacaq./teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru