İrəvana “rus desantı” gəlib, ittifaq dövləti ideyasını yeritmək üçün... ERMƏNİSTANDA ARTAN ANTİRUSİYA ƏHVALI MOSKVANI NARAHAT EDİR

3-02-2022, 15:53           
İrəvana “rus desantı” gəlib, ittifaq dövləti ideyasını yeritmək üçün...
Ermənistanda nəşr olunan “Hraparak” (“Meydan”) qəzetinin yazdığına görə Rusiyadan bir qrup ekspertdən və jurnalistlərdən ibarət “desant” İrəvana gəlib. Bu, Ermənistanda xüsusən 44 günlük Qarabağ müharibəsindən sonra güclənən anti-Rusiya əhvalı ilə bağlıdır.

Bildirilir ki, “rus desantı” Ermənistanın rusiyameylli dairələri ilə intensiv görüşlər keçirir, Ermənistan-Rusiya əlaqələrinin yaxşılaşması və anti-Rusiya əhval-ruhiyyəsinin azaldılması yollarını müzakirə edirlər. Habelə məlumat var ki, bu görüşlərdə yeni Rusiya-Ermənistan ittifaq dövləti ideyası da yeridilir və rusiyapərəst erməni dairələrinə öz çıxışlarında bu ideyanı cəmiyyətə yeritmək təlqin edilir.

İddia edilir ki, İrəvana göndərilən “rus desantı” qondarma “dqr parlamentinin” üzvləri ilə də görüşəcəklər, fevralın 4-də isə onların iştirakı ilə dəyirmi masa keçiriləcək.

Rusiya-Ermənistan ittifaq dövlətinin (Belarus-Rusiya ittifaq dövləti modelinə uyğun) yaradılmasına çağırışlar əslində Ermənistanda kapitulyasiyanın ardınca səslənməyə başlayıb. Bir çox rusiyapərəst siyasətçilər Ermənistanın yeganə xilas yolunun Rusiya ilə ittifaq dövlətində birləşməsi olduğunu dəfələrlə gündəmə gətiriblər. Eləcə də Rusiyanı “düşmən” adlandıranların və rus qoşunlarını ölkədən çıxarmağa çağıranların da sayı artıb.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru