KİV: "OPEC+ qrupu hasilatı daha sürətlə artırmaq niyyətində deyil"

3-02-2022, 17:42           
KİV: "OPEC+ qrupu hasilatı daha sürətlə artırmaq niyyətində deyil"
Hazırda dünya bazarında neft qiymətləri 2014-cü ildən bu yana ən yüksək həddə çatsa da, OPEC+ formatının iştirakçı ölkələri hasilatı aramla artırmaq xəttindən kənara çıxmaq niyyətində deyil.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qrup üzvləri bu il neftə tələbatın pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını, enerji dəyişikliyi yarıtmaz planlaşdırıldığı üçün bazarda xammal qıtlığı yaranacağını güman edir.

Mənbənin dediyinə görə, fevralın 1-də OPEC+ Ekspert Komitəsinin iclasında gündəlik hasilatı ayda 400 min bareldən çox artırmaqla bağlı məsələ müzakirə olunmayıb və bundan sonra da müzakirə olunacağı ağlabatan görünmür.

OPEC+ Müştərək Texniki Komitəsinin (JTC) ehtimalına görə, neftə tələbat cari ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq. Belə ki, 2019-cu ildə gündəlik tələbatın həcmi 100 milyon bareli keçərək tarixin ən yüksək həddinə çatmışdı.

Ekspertlərin qənaətincə, 2022-ci ildə bazarda neftin gündəlik qalığı 1,3 milyon barel təşkil edəcək. Neft bazarında gərginlik yaradan amillər arasında koronavirusun “omicron” ştamının yayılması, tədarük zəncirlərinin davam edən axsamaları, inflasiyaya qarşı mərkəzi bankların addımları nəticəsində yaranan qeyri-müəyyənlik göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru