Hindistan Rusiyanın "Konkurs-M" tank əleyhinə raket sistemlərini sifariş edib

4-02-2022, 08:53           
Hindistan Rusiyanın "Konkurs-M" tank əleyhinə raket sistemlərini sifariş edib
Şirkət sifariş edilən komplekslərin sayını dəqiqləşdirməyib. Komplekslərin təhvil verilməsinin üç il ərzində başa çatdırılacağı güman edilir.
Hindistan ordusu Rusiyaya məxsus "Konkurs-M" tank əleyhinə idarə olunan raket komplekslərinin yeni partiyasını sifariş edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Bharat Dynamics Limited şirkətinin məlumatında deyilir.
“Bharat Dynamics Limited bu gün Hindistan ordusu üçün Konkurs-M-in istehsalı və tədarükünə dair 31,3 milyard rupi (418,7 milyon dollar) dəyərində müqavilə imzalayıb”, – şirkətdən bildiriblər.
Şirkət sifariş edilən komplekslərin sayını dəqiqləşdirməyib. Komplekslərin təhvil verilməsinin üç il ərzində başa çatdırılacağı güman edilir.

Tula Cihazqayırma konstruktor bürosunda hazırlanmış “Konkurs-M” tank əleyhinə raket kompleksi müasir zirehli texnikanın, möhkəmləndirilmiş atəş nöqtələrinin, alçaqdan uçan helikopterlərin və digər hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.
Silahın atəş məsafəsi 75 - 4000 metr arasında dəyişir.
Qeyd olunur ki, "Konkurs-M" sistemi Bharat Dynamics Limited tərəfindən Rusiyanın orijinal avadanlıq istehsalçısı ilə lisenziya müqaviləsi əsasında istehsal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru