"Rusiya Ukraynanın işğalı üçün bəhanə tapa bilər" - Pentaqon
4-02-2022, 09:08
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Rusiyanın Ukraynanı işğal edə biləcəyi haqqında məlumatlara sahibdir.
APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Rusiya Federasiyası işğal üçün bəhanə tapa bilər”, - deyə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddiaları şərh edərkən, bildirib ki, bu, ABŞ-ın ilk belə açıqlaması deyil.