Daha bir ölkədə pandemiya qadağaları ləğv edildi

4-02-2022, 09:56           
Daha bir ölkədə pandemiya qadağaları ləğv edildi
İsveç hökuməti fevralın 9-dan etibarən bütün anti-COVID məhdudiyyətlərini ləğv edir.

Bu barədə ölkənin Baş naziri Maqdalena Andersson mətbuat konfransında bildirib:

“İsveçin yenidən açılmasının vaxtıdır. Pandemiya hələ bitməyib, lakin tamamilə yeni mərhələyə qədəm qoyur” dedi.

Müvafiq qərar İsveçdə peyvəndləmənin yüksək səviyyədə olması ilə izah edilir.

Bu həm də ölkədə daha az insanın xəstəliyi ağır keçirməsi ilə əsaslandırılır, bundan əlavə, ekspertlər artıq koronavirus haqqında daha çox məlumatlıdırlar.

Qonşu Danimarka, Norveç və Finlandiya artıq anti-COVID məhdudiyyətlərinin ləğv olunduğunu elan ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru