Azərbaycan qazının Qərbə tədarükü müzakirə ediləcək - Vaşinqton enerji sammitində

4-02-2022, 11:15           
Azərbaycan qazının Qərbə tədarükü müzakirə ediləcək -
Avropa İttifaqı fevralın 7-də Vaşinqtonda keçiriləcək enerji sammitində müxtəlif tərəfdaşlarla enerji təchizatının şaxələndirilməsini müzakirə edəcək.

Bizim.Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu “Handelsblatt” qəzetinə müsahibəsində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

“Ümumiyyətlə, biz uzun müddətdir möhkəm münasibətdə olduğumuz təchizatçı ölkə Norveç də daxil olmaqla, hər kəslə danışırıq. Həmçinin Qətər, Azərbaycan və Misirlə. Təbii ki, bu işdə ABŞ da böyük rol oynayır. Fevralın 7-də Vaşinqtonda enerji sammiti keçirəcəyik”, - deyə siyasətçi bildirib.

AK rəhbərinin sözlərinə görə, enerji sahəsində strateji əməkdaşlıq ABŞ prezidenti Co Baydenlə başlayıb:

“Söhbət ilk növbədə mayeləşdirilmiş təbii qazdan gedir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru