Böyük Britaniya Estoniyaya əlavə hərbi qüvvələri fevral ayında göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın Estoniyadakı səfiri Ross Allen deyib.
"Plana əsasən, ilk hərbçilər bu ay gəlməlidir. Hazırda Almaniyada olan alayımız hərbçilər göndərməyə hazırlaşır. Təxminən 850 hərbçidir. Həmçinin tank, artilleriya vasitələri və s. gətiriləcək", - deyə səfir bildirib.