Polşa 1,7 min ABŞ hərbçisini qəbul etməyə hazırlaşır

5-02-2022, 07:53           
Polşa 1,7 min ABŞ hərbçisini qəbul etməyə hazırlaşır
Polşanın milli müdafiə naziri Mariuş Blaşak əlavə ABŞ hərbçilərinin yerləşdirilməsi üçün respublikaya ilkin qrupun gəldiyini bildirib.

Blaşak qeyd edib ki, ölkə ABŞ ordusunun 82-ci hava-desant diviziyasından briqada döyüş qrupunun əsas qüvvələrini qəbul etməyə hazırlaşır.

Polşalı nazir ölkəyə 1,7 min əsgərin gələcəyini təsdiqləyib.

Bundan əvvəl Pentaqonun sözçüsü Con Kirbi bəzi Avropa ölkələrinə əlavə qüvvələrin göndərildiyini açıqlamışdı.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru