NATO Baş katibi Norveç Mərkəzi Bankına rəhbər təyin olundu

5-02-2022, 09:58           
NATO Baş katibi Norveç Mərkəzi Bankına rəhbər təyin olundu
NATO Baş katibi Yens Stoltenberq Norveç Mərkəzi Bankına rəhbər təyin olunub.

Bu barədə Norveç hökuməti müvafiq qərar qəbul edib.

Norveç mətbuatının məlumatına görə, ölkə parlamentində bir çox siyasi partiyaların təmsilçiləri Stoltenberqin sözügedən vəzifəyə təyinatını dəstəkləməyib.

Ölkənin Nazirlər Kabinetində isə onun əvvəllər hakim partiyanın rəhbəri olması səbəbilə vəzifəsinin icrasında müstəqil olmayacağı barədə narahatlıqlar mövcud olub.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru