Fransa polisi qaçqın və miqrantlara qarşı güc tətbiq edir

5-02-2022, 08:10           
Fransa polisi qaçqın və miqrantlara qarşı güc tətbiq edir
“Utopia 56” hüquq müdafiə təşkilatı tviterdəki hesabında Fransa paytaxtı Parisin körpülərindən birinin altında gecələyən miqrantların polis tərəfindən fiziki zorakılıqla dağıdılmasının videogörüntülərini yayıb.

“Report” xəbər verir ki, görüntülərdə asayiş keşikçilərinin miqrantları ayaqları ilə təpikləyərək onları necə “oyatdığı” əks olunur. Görüntülərdə ayağı amputasiya olunmuş miqrantlardan biri qoltuqağa güclə söykənərək polislə danışmağa çalışır.

Havanın soyuq keçməsinə baxmayaraq, bir qrup evsiz miqrant sonda düşərgəni tərk etməli olub.

“Utopia 56” bildirib ki, söhbət sığınacaq axtaran Sudan vətəndaşlarından gedir.

“Həmin insanların müdafiəsi və sığınacağı olmalı olsa da, onlar daim polis tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırlar”, - hüquq müdafiəçiləri qeyd ediblər.

“Utopia 56” əlavə edib ki, Parisdə belə hadisələr beş gündür qeydə alınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru