Le Pen prezident seçiləcəyi təqdirdə Fransanı NATO-dan çıxarmağa hazırlaşır

6-02-2022, 14:51           
Le Pen prezident seçiləcəyi təqdirdə Fransanı NATO-dan çıxarmağa hazırlaşır
"Milli cəbhə" partiyasından Fransa prezidentliyinə namizədliyini irəli sürən Marin Le Pen seçkilərdə qələbə qazanacağı təqdirdə ölkənin NATO-dan çıxarılması üçün tədbirlər görəcəyinə söz verib.
Trend-in məlumatına görə, bu barədə M.Le Pen Reymsdə keçirilən seçkiqabağı mitinqdə deyib.

"Biz öz maraqlarımızı azad şəkildə müdafiə etməli, blokların müharibə məntiqindən əl çəkməli və ölkəmizi böyük edən bərabərlik strategiyasına qayıtmalıyıq. Buna görə də biz NATO-nun inteqrasiya edilmiş Komandanlığından çıxacağıq ki, biz digər ölkələrin münaqişələrinə cəlb olunmayaq", - deyə M. Le Pen bildirib.
Qeyd edək ki, Fransada prezident seçkiləri 10 və 24 aprel tarixlərində iki turdan ibarət olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru