Müğənninin ölümünə görə Hindistanda iki günlük matəm elan olundu

6-02-2022, 15:00           
Müğənninin ölümünə görə Hindistanda iki günlük matəm elan olundu
Hindistan hökuməti əfsanəvi sənətçi Lata Manqeşkarın ölümü ilə əlaqədar fevralın 6-7-də ümummilli matəm elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin məlumatında deyilir.

"Bu gün və sabah iki günlük matəm olacaq. Bu müddət ərzində Lata Manqeşkarın xatirəsinə ehtiram əlaməti olaraq Hindistanda dövlət bayraqları yarıya endiriləcək", - bəyanatda bildirilir.

Müğənni bu gün axşam Mumbayda təntənəli mərasimlə dəfn olunacaq.

Baş nazir Narendra Modi isə Tvitter səhifəsində yazıb:

"Xeyirxah və qayğıkeş Lata Didi bizi tərk etdi. O, xalqımıza doldurulması mümkün olmayan bir boşluq buraxdı. Gələcək nəsillər onu Hindistan mədəniyyətinin özəyi kimi xatırlayacaqlar, onun melodik səsi insanları valeh etmək üçün misilsiz qabiliyyətə malikdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru