Kraliça II Elizabet Britaniyanın yeni kraliçasının adını açıqlayıb

6-02-2022, 15:01           
Kraliça II Elizabet Britaniyanın yeni kraliçasının adını açıqlayıb
Böyük Britaniya Kraliçası II Elizabet taxta çıxmasının 70-ci ildönümündə konsort kraliçanın adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu il hakimiyyətinin platin yubileyini qeyd edən 95 yaşlı Kraliça yazılı mətnlə ölümündən sonra böyük oğlu Şahzadə Çarlzın taxta çıxmasını istədiyini, gəlini Kornuoll hersoqinyası Kamillanın isə konsort kraliça olmasını istədiyini açıq şəkildə bildirib.

“Vaxtım tamam olub, aranızdan ayrıldığım zaman oğlum Çarlz Kral olacaq. İstəyirəm ki, ona və Kamillaya mənə verdiyiniz dəstəyi göstərəsiniz. Çarlz Kral olanda həyat yoldaşı Kamillanı da konsort kraliça olaraq qəbul edəsiniz”.

Qeyd edək ki, 1952-ci il fevralın 6-da Kral VI Corcun ölümündən sonra 25 yaşlı II Elizabet Kraliça elan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru