Almaniya təcili olaraq zərbə PUA-ları alacaq

7-02-2022, 09:23           
Almaniya təcili olaraq zərbə PUA-ları alacaq
Almaniyanın müdafiə naziri Kristine Lambrext silah daşıya bilən pilotsuz uçuş aparatlarının alınmasına çağırıb.

O, bu barədə bazar günü “Funke” media qrupuna verdiyi müsahibəsində bildirib.

Nazir zərbə PUA-larınnın “cari qanunvericilik dövründə alınmasını” təmin etmək üçün səy göstərəcəyini vəd edib.

Qeyd edək ki, son illərdə Almaniya Hərbi Hava Qüvvələri komandanlığı qaynar nöqtələrdə hərbçiləri qorumaq üçün zərbə dronlarının istifadəsinə icazə verilməsini tələb edir. Belə ki, kəşfiyyat PUA-ları xeyli müddətdir ki, Bundesverin xidmətindədir. Lakin onlar silah daşımaq üçün çox kiçikdir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru