İran ABŞ-a qarşı əsas tələbini açıqladı

7-02-2022, 17:14           
İran ABŞ-a qarşı əsas tələbini açıqladı
Vyanada keçirilən nüvə danışıqları kontekstində iqtisadi sanksiyaların ləğvi Tehranın əsas tələbidir.

Bizim.Media İranın dövlət televiziyasına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

"Sanksiyalar ABŞ-ın siyasi qərarıdır və İran Vyanada davam edən danışıqların bir hissəsi olaraq onların ləğvini gözləyir". "Anadolu" agentliyi diplomatın sözlərindən sitat gətirib.
Xətibzadənin sözlərinə görə, İran Qərb ölkələrinin nümayəndələrinin müsbət bəyanatlarının konkret addımlarda öz əksini tapacağına ümid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru