Putinin əsas məqsədi: Bu 5 ölkəni ələ keçirəcək... - VİDEO

12-03-2022, 09:34           
Putinin əsas məqsədi:
Putinin məqsədi keçmiş Sovet İttifaqı ölkələrini - Belarus, Ermənistan, Moldova, Qazaxıstanın böyük hissəsi və Özbəkistanı ələ keçirməkdir.

Axar.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində 2008-ci ildən ailəsi ilə Böyük Britaniyada yaşayan rusiyalı iş adamı Yevgeni Çiçvarkin deyib.

Qordonun Putinin bugünkü vəziyyətdən necə çıxacağı ilə bağlı sualına Çiçvarkin belə cavab verib:

“Bir neçə şəhəri yer üzündən silmək, humanitar fəlakətə səbəb olmaq, bir "düymə" ilə (nüvə silahı nəzərdə tutulur - red.) Qərbi qorxutmaq, keçmiş Sovet İttifaqının “çeynəyə” bildiyi hissəsini qoparmaq... O, Belarusu, Ermənistanı, Moldovanı, Qazaxıstanın və Özbəkistanın çox hissəsini də “çeynəyə” biləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru