Rusiya Ukraynadakı hərbi əməliyyatların nə vaxt başa çatacağına aydınlıq gətirib
14-03-2022, 16:45
“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: “Əməliyyatlar vaxtında və tamamlanandan sonra başa çatacaq”.
D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: “Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”.