Əgər Çin Ukraynada (müharibədə - red.) Rusiyaya maddi və hərbi dəstək etsə, bunun Çin üçün ağır nəticələri ola bilər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko”nun jurnalisti Pol Makliri Tvitter hesabında yazıb.
“Biz Çinin Rusiyanın hərəkətlərini əsasən üstüörtülü şəkildə bəyəndiyini, sanksiyalara qoşulmaqdan imtina etdiyini və (eskalasiyada - red.) Qərbi və ABŞ-ı ittiham etdiyini görürük”, - Makliri qeyd edib.