Ukrayna ilə Rusiya arasında sülh sazişi nə zaman bağlanacaq? - ZELENSKİNİN OFİSİ VAXTI AÇIQLADI
15-03-2022, 09:40
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya ilə sülh sazişi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Hazırda vəziyyət pisdir, indi və ya bir-iki həftə ərzində tez bir zamanda qoşunların çıxarılması ilə sülh razılaşması olacaq, qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq – bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra”, - Aretoviç bildirib.
Qeyd edək ki, martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlayıb. Lakin sonra Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirib.