Haaqa Məhkəməsi Rusiyadan Ukraynadakı hərbi əməliyyatları dayandırmağı tələb edib

17-03-2022, 00:07           
Haaqa Məhkəməsi Rusiyadan Ukraynadakı hərbi əməliyyatları dayandırmağı tələb edib
BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin bu gün elan etdiyi qərarda deyilir.

Məhkəmə qərara alıb ki, Rusiya Ukraynadakı bütün hərbi əməliyyatlarını dayandırmalı, həmçinin silahlı birləşmələrin əməliyyatları davam etdirmək cəhdləri etməməsinə təminat verməlidir.

Məhkəmə həmçinin hər iki ölkəni vəziyyəti daha da gərginləşdirə biləcək hər cür hərəkətdən çəkinməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru