Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyaya qarşı müraciətlərə baxmayacaq

17-03-2022, 08:39           
Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyaya qarşı müraciətlərə baxmayacaq
Rusiyaya qarşı müraciətlərin araşdırılması dayandırılıb

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya Federasiyasına qarşı bütün müraciətlərə baxılmasını dayandırır. AYNA xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, Avropa Şurasının Nazirlər Komitəsinin müvafiq qətnaməsindən sonra artıq bu gündən etibarən Rusiya Federasiyası Avropa Şurasının üzvü deyil və Məhkəmə də Rusiyaya qarşı ərizə müraciətlərinin araşdırılmasını dayandırır.

Bu həm də Rusiya vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilməyəcəyi deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru