Rusiyada illik inflyasiya 2015-ci ildən bəri ən yüksək həddə çatdı

17-03-2022, 09:23           
Rusiyada illik inflyasiya 2015-ci ildən bəri ən yüksək həddə çatdı
Rusiyada illik inflyasiya 2015-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.

Bildirilib ki, 5-11 mart tarixlərini əhatə edən həftə ərzində Qərb ölkələrinin sanksiyaları səbəbindən ölkədə məhsulların qiymətlərində ciddi artımlar olub.

Sözügedən dövrdə həftəlik inflyasiya 2,1 faiz, illik inflyasiya 2015-ci ilin dekabrından bəri ilk dəfə 2,1 dəfə artaraq 12,5 faizə yüksəlib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün verdiyi açıqlamada sanksiyalara görə Rusiya iqtisadiyyatında transformasiya olacağını, bunun da inflyasiya və işsizliyin artmasına səbəb olacağını bildirib.

Qeyd edək ki, ekspertlər Rusiya rublunun dollar qarşısında ucuzlaşmasının hələ də qiymətlərdə tam əks olunmadığını, inflyasiyanın daha da artacağını ehtimal edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru