Ermənilər niyə “France 24” telekanalında efirə gedən teledebatı yaymadılar?

12-04-2016, 16:48           

“France 24”-də keçirilən teledabat Azərbaycanın haqlı mövqeyini ortaya qoydu

Fransanın ən məşhur və reytinqli telekanalı “France 24”-ün Azərbaycanın və Ermənistanın Fransadakı səfirlərini Dağlıq Qarabağ bölgəsində baş vermiş son hadisələrlə bağlı teledebata dəvəti və erməni səfirin debatdan imtina etməsi ilə bağlı yayılan xəbər geniş müzakirələrə səbəb oldu. Bu məsələyə münasibət bildirən Avropanın ən ünlü siyasətciləri, eləcə də Fransa Milli Asambleyasının deputatları Ermənistan təmsilçisinin dialoqdan yayındığına təəssüfləndiyini bildirdi. Hətta senator Jan Fransua Mansel yaydıgı bəyanatda Ermənistan səfirinin məsuliyyətsiz addımından hiddətləndiyini bildirmiş, bunun Ermənistanın atəşkəsi pozduğunu, eyni zamanda beynəlxalq hüquq normalarına riayət etmədiyinin subutu kimi dəyərləndirdi.

Dünən “France 24”-ün yenidən teledebata dəvətinə isə yenə də Ermənistanın Fransadakı səfiri yox, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının ( CCAF ) həmsədri Murad Papazyan qatıldı və onun da ermənilərin üzünü ağartmaq cəhdi iflasa uğradı. Azərbaycanın Fransadakı Səfiri cənab Elçin Əmirbəyov teledebatada Azərbaycan tərəfinin ədalətli mövqeyini, Ermənistanın terrorist, dinc əhaliyə qarşı apardığı qəsbkar siyasətini inandırıci dəlillərlə təqdim etdi. Ermənistanın Fransa ictimaiyyətini aldatdığını, Xocalı soyqırımını xatırladan azərbaycanlı diplomat Ermənistanı beynəlxalq cinayətkar adlandırdı, Ermənistanın Azərbaycan torpaqlarının 20 fazini işğal etdiyini və bunun da nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün halına düşdüyünü diqqətə çatdırdı. Ermənistanın atəşkəsi pozduğunu, eyni zamanda beynəlxalq hüquqa və Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonun qanunsuz işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyi bir daha vurğuladı. Azərbaycan səfiri qətiyyətlə bildirdi ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq və biz öz torpalarımızı azad edəcəyik.

“France 24”-də Azərbaycanın Fransadakı Səfiri cənab Elçin Əmirbəyov və Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan arasında yayımlanan teledebat bir daha Azərbaycan tərəfinin sülsevər və haqlı mövqeyini ortaya qoydu. Eyni zamanda bu teledabat bir daha sübut etdi ki, bütün Qafqazda təhlükə mənbəyi olan və siyasi hakimiyyətə yiyələnmiş cinayətkar dəstə tərəfindən idarə olunan Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında süni surətdə yaradılmış, xarici qüvvələrin əlində oyuncaq rolunu oynayan və başqa dövlətlər üçün forpostfunksiyası daşıyan qondarma bir qurumdur.

Məlumat uçün bildiririk ki, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan Fransanin indiki prezidenti Fransua Hollandın 2011-2012 illərdə musaviri olmuş və ona yaxinlığı ilə seçilən simalardan sayılır. Ermənilər başçıları Murad Papazyanın bütün Fransa və onun hüdudlarından kənarda seyr edilən auditoriya qarçısında Erməni dövlətini və onun siyasətini biabır etdiyini nəzərdə tutaraq “France 24” telekanalında efirə gedən teledebatı özlərinin rəsmi saytlarında belə yerləşdirməkdən imtina etdilər. Bu erməni təşkilatının çoxillik fəaliyyəti dövründə onları məyus edən ilk hadisədir və ümid edirik ki, ermənilərin hərbi cəbhədəki məğlubiyyətləri kimi ideoloji cəbhədə də sonuncu olmayacaq.

“Xalq qəzeti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.