İtaliyada ayaqyalın şəxs təyyarəni qaçırıb və fransalı qırıcı tərəfindən “saxlanılıb”

31-03-2022, 10:25           
İtaliyada ayaqyalın şəxs təyyarəni qaçırıb və fransalı qırıcı tərəfindən “saxlanılıb”
İtaliyada bir nəfər sərnişin təyyarəsini qaçıraraq Fransaya doğru uçub.

“Europe 1” radiosunun məlumatına görə, təyyarənin qaçırılmasının qarşısı Fransanın “Mirage 2000” qırıcısı sayəsində alınıb.

Sonradan müəyyən edilib ki, təyyarəni qaçıran 33 yaşlı Slovakiya vətəndaşı olub.

Hadisə ilə əlaqədar Nitsa üzərində hava məkanı müvəqqəti bağlanıb. Təyyarə radio rabitəsi və uçuş planı olmadan aşağı hündürlükdə uçub. Təyyarə həmçinin uçuşların qadağan edildiyi bir sıra gizli hərbi obyektlərin üzərindən uçmağa müvəffəq olub.

Bildirlib ki, qırıcı slovakiyalını təyyarəni “Eks-le-Mayl” aerodromuna endirməyə məcbur edib.

Həbs zamanı həmin şəxs ayaqqabısız və sənədsiz olub. Eyni zamanda o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ingilis dilində məktub da verib. Məktubun məzmunu açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru