Köhnə superqəhrəmanların yeni simaları: "Dəmir adam" və "Kapitan Amerika" dəyişəcək

Bu gün, 16:08           
Köhnə superqəhrəmanların yeni simaları: "Dəmir adam" və "Kapitan Amerika" dəyişəcək
"Marvel Studios"un prezidenti Kevin Fayqi bildirib ki, 2027-ci ildə nümayişi planlaşdırılan "Qisasçılar: Məxfi müharibələr" filmindən sonra Marvel Kinematoqrafiya Kainatında yeni simalar peyda olacaq.

Bu barədə "Variety" nəşri məlumat yayıb.

Fayqinin sözlərinə görə, növbəti filmlərdə məşhur obrazları başqa aktyorlar canlandıracaq. Xüsusilə, Toni Stark (Dəmir Adam) və Stiv Rocers (Kapitan Amerika) rollarında dəyişiklik ediləcək.

O həmçinin təsdiqləyib ki, illərlə davam edən gecikmələrə baxmayaraq, "Bleyd" filmi üzərində işlər davam edir. Qeyd edək ki, layihə ilk dəfə 2019-cu ildə elan edilsə də, hələ də tam başa çatmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru