Yunanıstana kruizlə gələnlərdən əlavə rüsum alınacaq
Bu gün, 15:58
Bu gündən Yunanıstanda kruiz tətilləri bahalaşıb.
Euronews xəbər verir ki, ölkə hökuməti məşhur adalarda kruiz gəmilərindən sərnişinlərin endirilməsi üçün yeni turist vergisi tətbiq edib.
Tədbir xüsusilə yay mövsümündə insanların sıx olduğu Mikonos və Santorini kurortlarına təsir edib.
Sərnişinin yaşından asılı olmayaraq, Yunanıstan limanında hər eniş üçün 20 avro rüsum ödənilir. Bu ödəniş gündəlikdir və Yunanıstan limanlarına gələn bütün kruiz turistləri üçün məcburidir.
Yeniliyin məqsədi turizm infrastrukturunun inkişafını maliyyələşdirmək və kütləvi turist axınının artan təzyiqi ilə üzləşən regionlarda dayanıqlı turizmi dəstəkləməkdir.