Türkiyədə motosiklet sürən qadın avtoyuma məntəqəsində qəza törədib Dünən, 16:58 Türkiyədə motosiklet sürücüsü olan qadın yanacaqdoldurma məntəqəsindən çıxarkən səhvən ayağını qaz pedalına basıb və nəticədə qəza baş verib.Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.Hadisə anbaan yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.Qadın sürücü idarəetməni itirib və motosikletlə birlikdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yuyulan avtomobilə çırpılıb.Xoşbəxtlikdən insident nəticəsində heç kim xəsarət almayıb. Lakin motosikletə və minik avtomobilinə ziyan dəyib. Facebook-da paylaş