"İnter"in futbolçularına Çin avtomobilləri veriləcək

Bu gün, 16:18           
"İnter"in futbolçularına Çin avtomobilləri veriləcək
"İnter" və Çin avtomobil istehsalçısı BYD tərəfdaş olublar.

Sports.ru xəbər verir ki, futbol klubu ilə əməkdaşlıq çərçivəsində şirkət "İnter"in rəhbər heyəti, məşqçilər korpusu və futbolçuları üçün 70-ə yaxın elektrik və hibrid avtomobil təqdim edəcək.

Müqavilə 2028-ci ilə qədər qüvvədədir və avtomobil istehsalçısının Avropa bazarına genişlənmə strategiyasının bir hissəsidir.

"İnter" azarkeşləri üçün BYD avtomobillərinin xüsusi alış və icarə proqramları da hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru