Gürcüstan ərazi məsələlərini sülh yolu ilə həll etmək niyyətindədir

31-03-2022, 11:32           
Gürcüstan ərazi məsələlərini sülh yolu ilə həll etmək niyyətindədir
Gürcüstan ərazi problemlərini yalnız sülh yolu ilə həll etmək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan deputat Georgi Kaxiani deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin bu məsələ ilə bağlı siyasəti dəyişməyib. Kaxiani həmçinin osetin və abxaz qardaşların etimadının bərpa olunmasının zəruriliyini qeyd edib.

"Təəssüf ki, biz bir neçə təxribat, birbaşa Gürcüstanı düşmənçiliyə cəlb etmək cəhdlərini gördük. Biz buna ölkəmizin maraqlarından çıxış edən siyasət yürüdürük", - deyə Kaxiani jurnalistlərə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru