Fransalı general Ukraynaya görə istefaya göndərildi

31-03-2022, 12:53           
Fransalı general Ukraynaya görə istefaya göndərildi
Fransanın hərbi kəşfiyyatının direktoru Erik Vido Ukraynadakı müharibə ilə bağlı işində yol verdiyi "nöqsanlara” görə vəzifəsini vaxtından əvvəl tərk etməli olub.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Opinion” nəşri yayıb.

Nəşr yazır ki, general Erik Vido sözügedən vəzifəyə təyin olunmasından cəmi 7 ay sonra istefaya yollanmalı olub. Fransa Müdafiə Nazirliyində olan mənbənin verdiyi məlumata görə, bu, "məsələlərin başa düşülməməsi” və "brifinqlərin kifayət qədər olmaması” ilə bağlı olub.

Fransa Silahlı Qüvvələrinin Qərargahının rəisi martın 29-u Vidoya yayda istefaya göndəriləcəyini bildirməli idi. Vido isə hərbi müəssisəni dərhal tərk etməyi qərara alıb.

Vidonu hərbi kəşfiyyatın direktoru vəzifəsində general Jak de Monqro əvəz edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru